Bu şənbə və bazar günləri Azərbaycanın bütün bankları işləyəcək.
Buna səbəb əhali arasında manatın məzənnəsinin aşağı düşməsi və dolların bahalaşması ilə bağlı ajiotajın aradan qaldırılmasıdır.
Qeyd edək ki, şənbə və bazar günləri Azərbaycan banklarında qeyri-iş günləridir.
MÜƏLLİF:AYDIN KƏRİMLİ
İcra başçısı Yasamalda torpaq qoymadı
Yasamalın icra başçısı İbrahim Mehdiyev “20 Yanvar” ətrafını satışa çıxarıb.
İcra başçısı metronun bu stansiyası üstündəki səkiləri sahibkarlara sataraq imkanlarını artırmaqdadır. İ.Mehdiyev son bir neçə ay ərzində “Azərsu” ASC ilə üzbəüz yoldakı yerləri satıb. Hazırda yaşıllıqların məhv edildiyi ərazi ticarət obyektlərinin məskəninə çevrilib. Vaxtilə kölgəliklər olan bu yol indi köşklərin, mağazaların fəaliyyətinə qurban verilib. İcra başçısının sərəncamı əsasında bu massivdə torpaq qalmayıb. Ətrafda yaşayış massivi olmasa da, piyadaların hərəkəti üçün geniş imkan var idi. Artıq obyektlər tikiləndən sonra darısqallıq yaranıb.