Xeberler-com - İdman
  Ana Sayfa
  Son Xəbər
  Dünya
  İdman
  Ölkə
  Sosial
  İqtisadiyyat
  Foto

"Trabzonspor" uduzur, "Dnepr"dən ikinci qol (YENİLƏNİR)




Bu gün Avropa Liqasının 1/16 final mərhələsinə start veriləcək.
 

Turun bütün görüşləri eyni günə nəzərdə tutulub. 
 
Türkiyənin “Trabzonspor” klubu  doğma meydanda “Napoli” ilə qarşılaşacaq.

Qardaş ölkənin turnirdə digər təmsilçisi “Beşiktaş” isə “Liverpul”un qonağı olacaq. 
 
F qrupunda  “Qarabağ”la mübarizə aparmış “Dnepr” öz meydanında Yunanıstanın “Olimpiakos” klubu ilə ,“İnter” isə  səfərdə “Seltik”lə qarşılaşacaq. 



19 fevral

Avropa Liqası, 1/16 final, ilk oyunlar

22:00 "Olborq" (Danimarka) - “Brügge” (Belçika) - 0:2 (İkinci hissə)
Qol:  Oulare, 25 (0:1), Refaelov, 29 (0:2)

22:00 “Roma” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 1:1 (İkinci hissə)
Qollar: Jervinyo, 22 (1:0), Toornstra, 55 (1:1)

22:00 “Dnepr” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan) - 2:0 (İkinci hissə)
Qollar: Kankava, 50 (1:0), Rotan, 54 (2:0)


22:00 PSV (Hollandiya) – “Zenit” (Rusiya) - 0:0 (İkinci hissə)


22:00 “Torino” (İtaliya) – “Atletik” (İspaniya)- 2:1 (İkinci hissə)

Qollar: Villiams, 9 (0:1), Maksi Lopes, 18 (1:1), 42 (2:1) 


22:00 “Trabzonspor” (Türkiyə) – “Napoli” (İtaliya) - 0:3 (İkinci hissə)
Qollar: Enrike, 6 (0:1), İquain, 20 (0:2), Qabbyadini, 27 (0:3) 


22:00 "Volfsburq" (Almaniya) – “Sportinq” (Portuqaliya)- 1:0 (İkinci hissə)
Qol: Dost, 46 (1:0)


22:00 "Yanq Boyz" (İsveçrə) – “Everton” (İngiltərə) - 1:4 (İkinci hissə)
Qollar: Hoarau, 10 (1:0), Lukaku, 24 (1:1), Koulman,  28 (1:2), Lukaku, 39 (1:3), 58 (1:4)




00:05 “Ayaks” (Hollandiya) – “Legiya” (Polşa)

00:05 “Anderlext” (Belçika) – “Dinamo”  (Moskva, Rusiya)

00:05 “Seltik” (Şotlandiya) - “İnter” (İtaliya)

00:05 "Genqam" (Fransa) – “Dinamo”  (Kiyev, Ukrayna)

00:05 “Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə)

00:05 “Sevilya” (İspaniya) – “Borussiya”  (Münhenqladbax, Almaniya)

00:05 “Tottenhem” (İngiltərə) – “Fiorentina” (İtaliya)

00:05 “Vilyarreal” (İspaniya) - "Zalsburq" (Avstriya)
 

MÜƏLLİF:NİHAT KƏRİMLİ

 

Derbinin qalibi: "Qarabağ"!

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Turun bütün arşılaşmaları eyni gündə baş tutub.

Günün ilk matçı Bakıda oynanılıb. Paytaxtın iki komandası - “İnter” və AZAL üz-üzə gəlib. “AZAL Arena”da baş tutan oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.


Turun mərkəzi qarşılaşması da paytaxtda keçirilib. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Qarşılaşma Ağdam klubunun minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. "Qarabağ"ın qələbə qolunu 89-cu dəqiqədə Reynaldo vurub. Bu qalibiyyətlə Qurban Qurbanovun komandası liderliyi möhkəmləndirib.


Digər oyun Qəbələdə keçirilib. Burada “Xəzər Ləkəran” “Qəbələ”nin qonağı olub. Ardıcıl üç oyunda məğlub olan Roman Qriqorçukun komandasının doğma meydanda “Xəzər Lənkəran”la oyunu maraqla gözlənilirdi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "qırmızı qaralar" ikinci hissədə iki qol vuraraq görüşdən qalib ayrılıb - 2:1.

“Simurq” öz azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi "Sumqayıt"la 1:1 bərabərə qalıb.



19 fevralTopaz Premyer Liqa, 23-cü tur
  
19:00. “Neftçi” – “Qarabağ” - 0:1 
Qol: Reynaldo, 89 (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
“Bakcell Arena”
 

15:00. AZAL – “İnter” - 1:1 
Qollar: Freddi Mombonqo, 1 (1:0), Junior Nildo, 18 (1:1) 
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
“AZAL Arena”

17:00. “Qəbələ” – “Xəzər Lənkəran” - 3:1
Qollar: Sadio Tounkara, 34 (0:1), Ekiqo Ehiosun, 48 (1:1), Ruslan Abışov, 77 (2:1), Ürfan Abbasov, 90+3 (3:1) 
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

17:00. “Simurq” – “Sumqayıt” - 1:1
Qollar: Məhəmməd Qurbanov, 38 (0:1), Draqan Çeran, 46+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
Zaqatala şəhər stadionu 

Turnir cədvəli

  •   
  •  
  •  
N Klublar O Q H M T-F X
1 Qarabağ 20 14 4 2 36-18 46
2 İnter 20 9 10 1 33-9 37
3 Neftçi 20 9 6 5 25-16 33
4 Simurq 21 8 5 8 30-24 29
5 AZAL 20 6 7 7 22-28 25
6 Qəbələ 21 6 7 8 25-31 25
7 Xəzər Lənkəran 20 5 5 10 24-29 20
8 Sumqayıt 20 4 7 9 20-28 19
9 Bakı 20 2 5 13 14-46 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0


Bombardirlər:

Nurlan Novruzov ("Bakı") - 10 qol 
Draqan Çeran ("Simurq") - 10 qol 
Mikel Alvaro (“İnter”) - 8 qol     
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol
Freddi Mombonqo (AZAL) - 6 qol
Leroy Corc ("Qarabağ") - 5 qol
Dodo ("Qəbələ") - 5 qol
Rəşad Abdullayev (AZAL) - 5 qol

 

MÜƏLLİF:NİHAT KƏRİMLİ

"Millimizdə dəyişiklik olacağını gözləyirik" – Maksim Medvedyev



- Premyer Liqamızın son turunda “Neftçi” üzərində çox vacib qələbə qazandınız. Bu prinspial qarşılaşma haqda fikirlərini öyrənək…

- Düzdür, çox vacib qələbə idi. Ancaq biz oyunun prinspiallığını yox, üç xalı düşünürdük. Bunun sayəsində soyuqqanlı şəkildə çıxış etdik. Rəqibi düzgün analiz etmişdik. Demək olar ki, “Neftçi”nin necə oynayacağını bilirdik. Böyük hesabla da, qalib gələ bilərdik. Ancaq buna rəqibin qapıçısı Aqil Məmmədov imkan vermədi. Onun mükəmməl oyununu qeyd etmək lazımdır. Bundan əlavə xeyli qol epizodundan istifadə edə bilmədik. Sonda isə lazım olan qolumuzu vurduq və vacib qələbə qazandıq. 

- Oyundan əvvəl hakimliklə bağlı söz-söhbət yarandı. “Neftçi”  Əliyar Ağayevin bu matça baş hakim təyin olunmasını istəmirdi. Bütün bunlar futbolçulara necə təsir etmişdi?

- Bu söhbətlər yayılana qədər komandamızın 70 faizi hakimin kim olacağını bilmirdi. “Qarabağ” heç vaxt oyunlarımıza hansı hakimin təyin olunması ilə maraqlanmayıb. Hər bir hakimin oyunu düzgün idarə edəcəyinə inanırıq. Sonradan bildik ki, “Neftçi”nin futbolçusu Erik Ramos oyundan öncə xoşagəlməz ifadə işlədib. Yəqin onun fikri odur ki, bizə oyundankənar qüvvələrlə qalib gəlsinlər. 

- “Neftçi”yə qalib gəlməklə əsas rəqiblərinizdən biri ilə xal fərqini 13-ə yüksəltdiniz. İkinci pillədə olan “İnter” isə “Qarabağ”dan 9 xal geridədir.  Getdikcə çempionatda intriqanın azaldığını demək olar? 

- Deməzdim ki, bu, həlledici oyun idi. Çünki qarşıda xeyli tur var. Bir neçə komandanın çempion olmaq şansı var. Sadəcə biz “Neftçi” ilə xal fərqini böyütdük. Mübarizəmiz davam edir. Arxayınlaşmaq fikrimiz yoxdur. 
- Ötən mövsüm də rəqiblərinizi xeyli qabaqlasanız da, çempionatın sonunda “Qarabağ” çətinliklə üzləşdi. Çempionluq heç də asan əldə olunmadı. Bu dəfə də arxayınçılığın qurbanı olmaqdan qorxmursuz ki?

- Düzdür, ötən mövsüm çətin anlar yaşadıq. Səhv etmirəmsə, “İnter”lə aramızda 11 xal fərq var idi. Ancaq çempionatın sonunda fərq dördə endi. Çempionatın sonuna yaxın üzərimizdə böyük təzyiq olur. Hamı deyir ki, “Qarabağ” çempiondur”. Bu da istər-istəməz komandamıza təsir edir. Belə söhbətlər lazım deyil. Çünki futbolçularımız bu sözləri eşidəndə “uçmağ”a başlayırlar. Əgər azarkeşlər və mətbuat bizi vaxtından əvvəl çempion etməsələr, belə də davam edəcəyik. Çalışacağıq ki, hədəfimizə çataq. 

- Robert Prosineçkinin  rəhbərliyi altında millimizin ilk toplanışında iştirak edirsən. Heyətlə bağlı nə deyə bilərsən?

- Baş məşqçimizi hələ tam yaxşı tanımırıq. Onun öz oyun stili var. Millimizdə hansısa dəyişikliklərin olacağını gözləyirik. Heyətə gəldikdə isə bilirik ki, bu, futbolçuları sınaqdan keirmək üçün təşkil olunan bir toplanışdır. Əsas heyətimiz Malta ilə oyundan əvvəl bəlli olacaq.

- Millimiz Donetsk “Şaxtyor”u ilə yoldaşlıq oyunu keçirəcək. Komandamızın klubla qüvvəsini sınamağına necə baxırsan?

- Normal. Buna məcburuq. Çünki hazırda bizimlə yoxlama oyunu keçirmək istəyən milli komanda yoxdur. 

- Hansısa zəif milli komanda ilə qarşılaşmaqdansa, “Şaxtyor” klubu daha yaxşı  seçim deyilmi?

- “Şaxtyor”un bizimlə oyuna qədər dörd sınaq matçı olacaq. Hələ bilinmir ki, onlar bizimlə hansı heyətlə oynayacaqlar. Biz bu matçla nəyisə dəyişə bilmərik. Sadəcə olaraq baş məşqçi futbolçuları tanımaq üçün bu toplanış təşkil olunub. Məhz buna görə də millimizdə yeni adlara rast gəlirik. 

MÜƏLLİF:NİHAT KƏRİMLİ

Bugün 1 ziyaretçi (5 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol