 |
|
|
|
|
|
|
 |
 |
Avroliqa həyəcanı başlayır
Ağdam klubunun digər rəqibi "Dnepr" isə "Olimpiakos"u qəbul edəcək
Çempionlar Liqasının ardınca Avropa Liqasında da fasilə başa çatır və mübarizə yenidən başlayır. Bu gecə turnirin 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
Türkiyənin "Trabzonspor" klubu İtaliya "Napoli"sini qəbul edəcək. "Beşiktaş" isə İngiltərədə "Liverpul"un qonağı olacaq.
Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "İnter" səfərdə "Seltik"lə qarşılaşacaq. Ağdam klubunun digər rəqiöbi "Dnepr" isə "Olimpiakos"u qəbul edəcək.
Avropa Liqası
1/16 final
İlk oyunlar
19 fevral
22.00 Olborq (Danimarka) - Brügge (Belçika)
22.00 Roma (İtaliya) - Feyenoord (Hollandiya)
22.00 Dnepr (Ukrayna) - Olimpiakos (Yunanıstan)
22.00 PSV (Hollandiya) - Zenit (Rusiya)
22.00 Torino (İtaliya) - Atletik (İspaniya)
22.00 Trabzonspor (Türkiyə) - Napoli (İtaliya)
22.00 Volfsburq (Almaniya) - Sportinq (Portuqaliya)
22.00 Yanq Boyz (İsveçrə) - Everton (İngiltərə)
00.05 Ayaks (Hollandiya) - Legiya (Polşa)
00.05 Anderlext (Belçika) - Dinamo M (Rusiya)
00.05 Seltik (Şotlandiya) - İnter (İtaliya)
00.05 Genqam (Fransa) - Dinamo (Ukrayna)
00.05 Liverpul (İngiltərə) - Beşiktaş (Türkiyə)
00.05 Sevilya (İspaniya) - Borussiya M (Almaniya)
00.05 Tottenhem (İngiltərə) - Fiorentina (İtaliya)
00.05 Vilyarreal (İspaniya) - Zalsburq (Avstriya)
MÜƏLLİF:Nihat kərimli
“Yandex”lə “Google” arasında müharibə böyüyür

Axtarış sistemi olan “Yandex” “Google”nin rəqabət qaydalarına riayət etmədiyi üçün Rusiya Rəqabət Təşkilatına müraciət edib. Rusiya mərkəzli “Yandex”lə ABŞ mərkəzli “Google” arasında gözəgörünməz müharibə bitmək bilmir. Bu dəfəki məsələ isə Rusiya Rəqabət Təşkilatına qədər gedib çıxıb. Rusiya mediasının yaydığı məlumata görə, kompüter istehsalçıları Android proqramlarda “Google Play” rejimini qurmaq istədikdə “Google” əvvəlcədən müəyyən axtarış mühərriki olaraq nizamlamasında israr edir. “Yandex” bu durumu haqsız üstünlük kimi dəyərləndirir. Bu durumla bağlı hələ ki, “Google”dən rəsmi açıqlama verilməyib. Rusiya Rəqabət Təşkilatı mövzu ilə bağlı bir ay ərzində “Yandex”ə cavab verəcək.
MÜƏLLİF:AYDIN KƏRİMLİ
Putin hücuma hazırlaşır

NATO-nun Avropa Birləşmiş Komandanlığının rəsmi nümayəndəsi, general Edrian Bredşou Rusiyanın Şərqi Avropa ölkələrindən birinə çoxsürətli, genişmiqyaslı hücüm edəcəyini bildirib.
O, Londonda Müdafiə Tədqiqatları üzrə Birləşmiş Kral İnstitutunda çıxış zamanı deyib ki, Şimal-Atlantika İttifaqı və Avropa buna qarşı adekvat tədbir görməyə hazırlaşmalıdır.
"The Guardian" qəzeti yazıb ki, onun sözlərinə görə, Rusiya rəhbərliyi nizami qoşunlarından təkcə qorxu yaratmaq üçün deyil, həm də NATO ərazisini tutmaq üçün istifadə edə bilər. Belə sürətli əməliyyatlar Rusiya tərəfindən Krımın tutulmasında istifadə edilib. Belə hökmranlıq Moskvaya SSRİ-dən miras qalıb.
General vurğulayıb ki, Rusiya ilə qarşıdurma dövründə NATO şərq sərhədlərinin vahid mühafizə sistemini dəstəkləməli, həmçinin Rusiyanın Ukraynada tətbiq etdiyi hibrid müharibəsinin başqa metodlarına uyğun davranmalıdır.
Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin dünən bildirib ki, Moskva həmişə kənardan istənilən təzyiqə adekvat cavab verəcək: "Heç kimdə illüziya yaranmasın ki, Rusiya üzərində hərbi üstünlüyə nail olmaq mümkündür. Bizim əsgərlərimiz və zabitlərimiz sübut etdilər ki, ordumuz ən çətin qeyri-standart məsələləri peşəkar və mərdcəsinə yerinə yetirməyə qadir müasir döyüş bacarığı olan gücə sahibdir."
MÜƏLLİF:NİHAT KƏRİMLİ
|
|
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
|
|
 |
|
|